"Bavariya" "Yuventus"un futbolçusunu transfer edir

18:07 - 11 İyul 2022

"Bavariya" müdafiə xəttini yeni fuftbolçu ilə gücləndirməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Yuventus"un mərkəz müdafiəçisi Matteys De Liqtin transferini bitirmək üzrədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

 

"Bavariya" niderlandlı müdafiəçi üçün Turin təmsilçisinə 70 milyon avro və bonuslardan ibarət təklif göndərəcək. Münhenlilərin idman direktoru Hasan Salihamidziç danışıqlar aparmaq üçün İtaliyaya gedib. 23 yaşlı futbolçu özü də Almaniya klubunda oynamaq istəyir.

 

Qeyd edək ki, De Liqt "Yuventus"a 2019-cu ilin yayında "Ayaks"dan transfer olunub. Niderland millisinin üzvü son mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 42 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti