"Qarabağ" "Lex"lə matça ciddi itki ilə çıxa bilər

18:24 - 11 İyul 2022

"Qarabağ" Çempionlar Liqası I təsnifat mərhələsinin "Lex"lə cavab oyununa ciddi itki ilə çıxa bilər.

 

Sportal.az xəbər verir ki, Qara Qarayev Ağdam təmsilçisinin vacib matçını buraxa bilər. Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında məlumat verib:

 

"Qara Qarayev məşqdən sonra ağrılar hiss edib. Bu gün də fərqi qaydada məşq edəcək. Hazır olub-olmayacağı sabah günorta saatlarında bilinəcək".

 

Qeyd edək ki, "Qarabağ" - "Lex" matçı sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Bu komandalar arasında Polşada keçirilən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

Xəbər xətti