"Yuventus"un yeni transferi Anxel Di Maria klubun rəsmi saytına danışıb.
Sportal.az xəbər verir ki, argentinalı futbolçu Turin klubu ilə müqavilə imzalaması haqda bunları deyib:
"Yuventus" kimi ciddi komanda səni istəyirsə, yox demək mümkün deyil. Onlar səbrlə müqaviləmin bitməsini gözlədilər. "Yuventus" İtaliyanın ən vacib klubudu. Bu klubun heyətində çoxlu kubok qazanmaq üçün hər şey var. Bilirəm ki, güclü komandaya gəlmişəm və onun bir hissəsi olmaq istəyirəm. Əgər onlar məni almaq istəyiblərsə, demək ki, məni layiqli hesab edirlər".
