FİFA qərar verdi: Yunanıstan klubu azərbaycanlı futbolçuya təzminat ödəməlidi - FOTO

20:50 - 11 İyul 2022

FİFA "Səbail"in futbolçusu Tural Bayramlının Yunanıstanın "Pierikos" klubuna qarşı qaldırdığı iddianı böyük ölçüdə təmin edib.

Sportal.az xəbər verir ki, bu barədə futbolçunun hüquqşunası Ramil Cahangirov sosial şəbəkədə məlumat yayıb. 

Cahangirovun yazdığına görə, Yunanıstan klubu həm əməkhaqqı borcu, həm də müqavilənin əsassız xitam verilməsi ilə bağlı təzminat üzrə öhdəliklərini yerinə yetirməlidi.

Xəbər xətti