Latviya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Asim Əlizadənin formasını geyindiyi "Dauqavpils" də oyununu keçirib.
Onun komandası “Auda” ilə üz-üzə gəlib. "Dauqavpils" "Auda"ya 1:2 uduzub.
Asim sözügedən matçda ehtiyat skamyada oturub. "Dauqavpils" məğlubiyyətdən sonra turnirdəki iştirakını dayandırıb.
