Birinci divizon klubu hazırlıqlara başladı

10:11 - 12 İyul 2022

Yeni mövsümdən birinci divzionda oynayacaq "Mingəçevir" hazırlıqlarına start verib.

Sportal.az xəbər verir ki, kollektiv iyulun 11-də Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda bir araya gəlib. Baxışda olan futbolçularla ikitərəfli oyun keçirilib.

Ümumilikdə baxışda 20 futbolçu iştirak edib. Avqustun 2-nə qədər seleksiya toplanışı davam edəcək.

"Mingəçevir"in bir neçə yoxlama görüşü keçirəcəyi də planlaşdırılır. 

Xəbər xətti