"Qarabağ" bu gün "Lex"ə qarşı keçiriləcək cavab matçından əvvəl azarkeşlərə müraciət edib.
Sportal.az xəbər verir ki, Ağdam klubu paylaşdığı video ilə azarkeşləri saat 20:00-da başlayacaq matça 2 saat öncədən gəlməyi səsləyib.
18:30-dan etibarən isə Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı olacaq.
