"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə "Səbail"lə keçirilən yoxlama görüşündən sonra danışıb.
Sportal.az xəbər verir ki, "CBC Sport"a açıqlama verən təcrübəli mütəxəssis paytaxtda rəqibə 1:3 hesablı məğlubiyyəti şərh edib və ümumi vəziyyətdən söz açıb:
"Maraqlı oyun alındı. İlk yarıda komandanın nümayiş etdirdiyi oyundan razı qaldım. Yaxşı oynadı uşaqlar. İkinci hissədəki oyunumuzdan isə razı qalmadım. Rəqibimiz demək olar ki, bütün heyəti dəyişdi. Fərqli heyətlə oynadılar. Bizdə isə ehtiyat qüvvəmiz yoxdu ki, onlardan istifadə edək. İstənilən halda yeni mövsümə hazırlığımız davam edir. Hələ qarşıda yoxlama görüşlərimiz olacaq".
