"Roma" Canluka Mançini ilə müqavilə müddətini uzadıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu 5 illik yeni sözləşməyə imza atıb.
Onun əvvəlki sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər idi.
Mançini 2019-cu ildən “Roma”da çıxış edir.
