"Qalatasaray" almaniyalı ilə razılıq əldə etdi

17:11 - 12 İyul 2022

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Lion"da çıxış edən Jerom Boatenqi transfer etməyə çox yaxındır. "Sarı-qırmızılar" almaniyalı mərkəz müdafiəçisini pulsuz 1 illik icarəyə götürməklə bağlı klubu ilə razılıq əldə edib. Futbolçu özü də "cim bom"un illik 1,5 milyon avroluq maaş təklifini qəbul edib.

 

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk keçidə razılıq versə, Almaniya millisinin keçmiş üzvü Türkiyədə çıxış edəcək.

Xəbər xətti