"Fənərbaxça" braziliyalı yarımmüdafiəçi transfer etdi

23:24 - 12 İyul 2022

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Flamenqo"da çıxış edən yarımmüdafiəçi Villian Araonu transfer edib. Bu barədə "sarı-lacivərtlilər"in mətbuat xidməti məlumat yayıb.

 

29 yaşlı futbolçunun keçidi ilə bağlı Braziliya klubu ilə razılıq əldə olunub. O, bu gecə İstanbula gedərək tibbi müayinədən keçəcək.

 

Villian Arao 2016-cı ildən "Flamenqo"da çıxış edir. Təcrübəli futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 34 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti