Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ" "Lex"i darmadağın edib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi rəqibinə 5:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Xatırladaq ki, "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibi İsveçrə çempionu "Sürix"di.
