Mahir Emrelinin formasını geyindiyi "Dinamo"nun Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Zaqreb klubunun rəqibi "Şkupi" olub.
Belə ki, Şimali Makedoniya klubu birinci mərhələdə "Linkoln"u (Cəbəllütariq) keçib.
"Şkupi" cavab görüşündə 0:2 hesabı ilə uduzduğu rəqibini evdə 3:0 məğlub etmişdi.
"Dinamo" ilk görüşünü iyulun 19-da Zaqrebdə, ikinci matçı isə bir həftə sonra Skopyedə keçirəcək.
