Çempionlar Liqasında birinci təsnifat mərhələsinin dünənki matçlarından sonra UEFA-nın reytinqində dəyişikliklər baş verib.
Sportal.az xəbər verir ki, "Qarabağ" "Lex"i 5:1 hesabı ilə məğlub edərək ölkəmizin aktivinə 0,25 xal yazdırıb.
Bununla da Azərbaycan son 5 ildə aktivindəki xalların sayını 12,875-ə çatdırmış olub. Lakin ölkəmiz 29-cu pillədə qalıb.
Bizdən üst pillədə 13, 750 xalla Polşadı. Reytinq xalında Azərbaycandan aşağıda isə Qazaxıstandı - 11,625 xalla.
