Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.
Sportal.az qurumun saytına istinadən xəbər verir ki, vitse-prezident Rəmiş Malıyev tutduğu vəzifədən və İcraiyyə Komitəsinin üzvlüyündən azad olunması barədə müraciət edib.
Elşən Abasov və Rövşən Mirzəyev AFF-nin İcraiyyə Komitəsinin üzvü seçilib. Elşən Abasov həm də federasiyanın vitse-prezidenti vəzifəsinə təyin edilib.
