"Lex"in baş məşqçisi Con van den Bromun istefaya yollanması gündəmə gəlib.
Sportal.az "Voetbalbelgie" istinadən xəbər verir ki, Poznan klubunun rəhbərliyi 56 yaşlı məşqçidən uğursuz nəticələrə görə hesabat tələb edilib.
Niderlandlı məşqçinin gəlişindən sonra komanda ölkə superkubokunda "Rakov"a uduzub. Bununla yanaşı onun rəhbərliyi altında komanda "Qarabağ"a uduzaraq Çempionlar Liqasındakı çıxışını dayandırıb.
Bir müddət əvvəl niderlandlı ilə iki illik müqavilə imzalanılsa da, onun yaxın vaxtlarda istefaya göndərilməsi də iddia edilir.
Mirbağırağa
