"Lex"in futbolçusu Radoslav Muravski Çempionlar Liqasının birinci təsnifat mərhələsinin "Qarabağ"la cavab qarşılaşmasından sonra klubun rəsmi saytına danışıb.
Sportal.az xəbər verir ki, Poznan klubunun aparıcı üzvü Bakıdakı darmadağını belə şərh edib:
"Bakıya gələndə çox keyfiyyətli komanda ilə qarşılaşacağımızı bilirdik. Ona görə bu görüşün ssenarisinin meydan sahiblərinin dominantlığı ilə keçəcəyindən də xəbərdar idik. Bununla belə, biz ilk dəqiqədə qol vurduq və göstərdik ki, yalnız müdafiədə oturmaq fikrində deyilik.
İkinci hissədə meydanda baş verənlərə nəzarəti itirdik. Keyfiyyətli ötürmələr edə bilmirdik. Sadə səhvlərə yol verdik. Bu isə ən üzücü məqamlardan biri idi. Çünki buraxılan qollar səhvlərimizin ucbatından oldu. Bakıdakı 1:5 hesablı məğlubiyyəti biabırçılıq adlandırmaq olar. Halbuki, belə hesab baş verməməliydi".
