"Qarabağ"ın dünya reytinqindəki mövqeyi açıqlandı

13:34 - 13 İyul 2022

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Sportal.az xəbər verir ki, Azərbaycan klubları arasında 141,5 xalla 89-cu pillədə qərarlaşan "Qarabağ" ən yaxşı nəticəyə malikdir.

İsveçrənin “Yanq Boyz” və Almaniyanın “Borussiya” (Dortmund) klublarının xalları Ağdam təmsilçisindən yarımdan çoxdur.

"Neftçi" "Atlas"la (Meksika) ilə birgə 81 xal toplayıb və 234-cü pilləni bölüşür.

Braziliyanın "Palmeyras" (322 xal) klubu isə "Flamenqo" (301) və "Atletiko Mineyro" (293) qabaqlayaraq, reytinq cədvəlinə başçılıq edir. Ümumilikdə isə reytinqə 300 klub daxildir. 

Xəbər xətti