"Mançester Yunayted"in sabiq forvardı Türkiyə klubunda

13:47 - 13 İyul 2022

"Ankaragücü" daha bir futbolçunun keçidini rəsmiləşdirib. 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu "Panatinaikos"un hücumçusu Federiko Maçedanı heyətinə qatıb.

İtaliyalı forvardla 2+1 illik müqavilə imzalanıb.

Maçeda "Mançester Yunayted", "Sampdoriya", "Ştutqart", "Birmingem", "Kardiff Siti", "Novara" kimi klublarda oynayıb. 

Bundan əvvəl isə "Ankaragücü" "Real"ın sabiq futbolçusu Xeseni transfer etmişdi.

Xəbər xətti