Levandovski "Bavariya"nın düşərgəsinə qoşuldu

14:20 - 13 İyul 2022

"Bavariya"dan ayrılacağı gündəmdə olan Robert Levandovski Münhen klubunun düşərgəsinə qoşulub.

Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, "Barselona"ya keçmək istədiyi üçün "Bavariya"nın məşqlərinə qatılmaq istəmədiyi iddia edilən polşalının komandada qalıb-qalmayacağı hələ ki, konkretləşməyib.

33 yaşlı hücumçu üçün "Bavariya" Kataloniya klubundan 55 milyon avro tələb edir.

Almaniya nəhəngi ilə müqaviləsi 2023-cü ilin iyun ayında başa çatacaq forvard özü "Barsa"ya keçməkdə israrlıdı. 

Xəbər xətti