"Barselona" Braziliya millisinin üzvü Rafinyanın transferini həll edib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kataloniya klubu futbolçu üçün "Lids"i razı sala bilib.
Braziliyalı futbolçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.
"Barsa" ona görə 58 milyon avro xərcə düşüb.
26 yaşlı vinger 2020-ci ildə "Renn"dən “Lids”ə keçmişdi.
