İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Mançester Siti"dən Rahim Sterlinqi transfer edib. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin üzvü ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb..
Rahim Sterlinq "Mançester Siti"yə 2015-ci ilin yayında "Liverpul"dan transfer olunub. 27 yaşlı vinger "şəhərlilər"in heyətində meydana çıxdığı 320 matçda 109 qol və 77 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
