"Azərbaycan millisi sürətlə inkişaf edir"

21:56 - 13 İyul 2022

"Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan həndbolu Avropada öz sözünü deyəcək".

 

Sportal.az xəbər verir ki, bu sözləri  həndbol üzrə yığma komandanın baş məşqçisi Nasser Salimi deyib.

 

Baş məşqçi V İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında çıxış edəcək komandanın hazırlığını yüksək qiymətləndirib.

 

“Azərbaycan millisi sürətlə inkişaf edir. Bütün istiqamətlər üzrə – həm fiziki, həm taktiki, həm də texniki hazırlığı artırmaq üçün məşq edirik. İslamiadadakı rəqiblərimiz güclü olsa da, onlara qarşı layiqli çıxış etməyə çalışacağıq”, – deyə Nasser Salimi bildirib.

Xəbər xətti