"Qəbələ"nin rəqibi "Qalatasaray"ı məğlub etdi

23:40 - 13 İyul 2022

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" hazırlığı davam etdirir.

 

Sportal.az xəbər verir ki, Macarıstan təmsilçisi Avstriya toplanışı çərçivəsində "Qalatasaray"la qarşılaşıb. Matç "Fehervar"ın 1:0 hesablı qələbəsiylə başa çatıb.
 

Qeyd edək ki, "Qəbələ" "Fehervar"la ilk oyunu 21 iyul tarixində səfərdə keçirəcək. Bu komandalar arasında cavab görüşü isə iyulun 28-də Qəbələdə baş tutacaq.

Xəbər xətti