Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın "Erzgebirge Aue" klubu yoldaşlıq matçına çıxıb.
Sportal.az xəbər verir ki, Nazarovun komandası "Moyzelvitz"lə üz-üzə gəlib.
Görüş Aue təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Meydana start heyətində çıxan Nazarov 60-cı dəqiqədə əvəzlənib. O, 5-ci və 35-ci dəqiqələrdə fərqlənib.
