"Neftçi" Superliqa klubu ilə üz-üzə

10:35 - 14 İyul 2022

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama görüşünə çıxacaq.

Sportal.az xəbər verir ki, Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv Türkiyə Superliqasının təmsilçisi "Qaziantep"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

​Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edən "ağ-qaralar" digər matçda "Sivasspor"a uduzub - 0:1.

Xəbər xətti