"Qarabağ"ın legioneri: "Onlara Bakıda görüşəcəyimizi demişdim" - FOTO

11:09 - 14 İyul 2022

"Qarabağ"ın müdafiəçisi Kevin Medina instaqram səhifəsində paylaşım edib.

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Lex"lə cavab qarşılaşmasında bir qol vurub, iki assist edən kolumbiyalı şəxsi hesabında bu cür yazıb:

"Bir ölkənin komanda ilə birlik olduğu gecə idi. Həmin birliyin nəticəsi qazanmağa ac qladiatorların divarı oldu. Biz bunu bacardıq. Onlara Bakıda görüşəcəyimizi demişdim". 


Xəbər xətti