"Sabah" bu gün növbəti yoxlama görüşünü keçirəcək.
Sportal.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv "Səbail" önünə çıxacaq.
"Bank Respublika Arena"da keçiriləcək matç saat 19:00-da start götürəcək.
"Sabah" ilk yoxlama matçında "Sumqayıt"a 1:2 uduzmuşdu.
