"İnter"dən ayrıldı, Braziliya klubuna keçdi

12:19 - 14 İyul 2022

"İnter"lə yollarını ayırmış Arturo Vidalın yeni komandası bəlli olub.

Sportal.az xəbər verir ki, çilili futbolçu Braziliyada oynayacaq.

Təcrübəli yarımmüdafiəçi "Flamenqo" ilə 2023-cü ilin sonuna qədər müqavilə imzalayıb.

35 yaşlı Braziliya klubuna azad agent kimi keçib. 

Vidal karyerası ərzində "Bavariya", "Barselona", "Yuventus" kimi komandalarda oynayıb. 

Xəbər xətti