"Barselona" fransalı ilə müqaviləni yenilədi

14:22 - 14 İyul 2022

"Barselona" Osman Dembele ilə müqavilənin müddətini uzadıb.

Sportal.az Kataloniya təmsilçisinin “tvitter” hesabına istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun başqa kluba keçəcəyi deyilsə də, o, ən azından 2024-cü ilin iyun ayına qədər komandada qalacaq.

Dembele 2017-ci ildə "Borussiya"dan "Barselona"ya keçmişdi. 

Xəbər xətti