Azərbaycan çempionu üç transfer etdi

14:37 - 14 İyul 2022

Çempionlar Liqasında çıxış edəcək “Araz-Naxçıvan” üç oyunçu transfer edib.

Sportal.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, ölkə çempionu iki braziliyalı oyunçu ilə anlaşıb. Müdafiəçi Mateus Katataun və hücumçu Vitao ilə mövsümün sonunadək müqavilə imzalanıb.

“Araz-Naxçıvan” Rövşən Hüseynlini də heyətinə qatıb. 

Təmsilçimiz Çempionlar Liqasında mübarizəyə əsas mərhələdən start verəcək. “Araz-Naxçıvan” Bosniya və Herseqovinada keçiriləcək 5-ci qrupun oyunlarında yerli “Mostar”la, eləcə də ilkin mərhələdə yarışacaq D və F qrupunun qalibləri ilə gücünü sınayacaq.

 

Xəbər xətti