Pato Superliqada oynamağa yaxındı

15:07 - 14 İyul 2022

Braziliya millisinin sabiq forvardı Aleşandre Pato Türkiyəyə yollanmağa hazırlaşır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Orlando Siti"nin hücumçusu "Konyaspor"a keçmək istəyir. Super Liqa təmsilçisinin rəsmiləri artıq braziliyalı ilə danışıqlara başlayıb və forvard özü də Türkiyəyə yollanmaq istəyində olduğunu qarşı tərəfə bildirib.

Pato "Milan", "Çelsi", "Vilyarreal" kimi klublarda oynayıb. 

Xəbər xətti