"Zirə" - "Makkabi" matçının biletləri sabah satışa çıxarılacaq

17:45 - 14 İyul 2022

Konfrans Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Makkabi Təl-Əviv” görüşünün biletləri iyulun 15-i saat 12:00-dan satışa çıxarılacaq.

Sportal.az qəsəbə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.

Satış məntəqələri:

“Zirə İdman Kompleksi”

“Dalğa Arena”

​Azfarın Böyükşor, “ASK Arena”, Gənclik və Xətai metrostansiyaları yaxınlığında yerləşən futbol meydançalarından almaq olar.

Xəbər xətti