"Qalatasaray"ın futbolçusu Viktor Nelsson da İspaniyaya yollana bilər.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, danimarkalı müdafiəçi "Sevilya"nın transfer siyahısında yer alıb. Əndəlusiya təmsilçisi Nelsson üçün İstanbul klubuna rəsmi təklif də göndərib.
"Sevilya" bir neçə gün əvvəl "Qalatasaray"dan Markaonu transfer etmişdi.
