"Fənərbaxça"da növbəti braziliyalı

18:32 - 14 İyul 2022

"Fənərbaxça" daha bir transferi həyata keçirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Vilian Araonun keçidini rəsmiləşdirib.

Braziliyalı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Onun son klubu "Flamenqo" olub.

Xəbər xətti