"Yuventus" futbolçusunu bu kluba icarəyə verdi

19:16 - 14 İyul 2022

"Yuventus"un futbolçusu Radu Drequşin "Cenoa"ya keçib.

Sportal.az Genuya klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Cenoa" rumıniyalı müdafiəçini bir illik icarəyə götürüb.

"Yuventus" yetirməsi olan 20 yaşlı futbolçu ötən mövsümü "Salernitana"da icarə əsasında keçirmişdi. Ondan əvvəl isə Drequşin "Sampdoriya" forması geyinmişdi. 
 

Xəbər xətti