"Sabah" "Səbail"ə qalib gəldi

20:57 - 14 İyul 2022

Bu gün “Sabah” və “Səbail” klubları yoxlama matçında üz-üzə gəlib.

Sportal.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matç ev sahiblərinin qələbəsilə  başa çatıb. “Sabah”ın qollarını Ceyhun Nuriyev və Camal Cəfərov vurub.

“Səbail”dən isə Franko Mazurek penaltidən fərqlənib. Belədə, görüş 2:1 hesabı ilə "Sabah"ın xeyrinə yekunlaşıb.

Bundan əvvəl "Sabah" yoxlama matçında "Sumqayıt"a (1:2) məğlub olmuşdusa, "Səbail" "Kəpəz"ə (3:1) qalib gəlmişdi.

Xəbər xətti