"Qalatasaray" "Benfika"nın hücumçusunu transfer etdi

11:44 - 15 İyul 2022

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Benfika"nın hücumçusu Haris Seferoviçi transfer edib. 

 

"Cim bom" isveçrəli forvardı 1 illik icarəyə götürəcək. 30 yaşlı qolçunun müqaviləsində icarə müddəti başa çatdıqdan sonra 3,5 milyon avroya satınalma maddəsi olacaq. "Qalatasaray" təcrübəli futbolçuya isə 2 milyon avro maaş ödəyəcək.

 

İsveçrə yığmasının üzvü növbəti həftə tibbi müayinədən keçdikdən sonra "sarı-qırmızılar"la rəsmi müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, Haris Seferoviç 2017-ci ilin yayından "Benfika"da çıxış edir. O, Portuqaliya klubunun heyətində meydana çıxdığı 187 matçda 74 qol və 24 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti