Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakimə təyinat göndərib.
Sportal.az xəbər verir ki, beynəlxalq dərəcəli hakimimiz Fuad Ağayev iyulun 16-24-də Çexiyada 17 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək referilərdən biri olacaq.
Həmyerlimizlə yanaşı final mərhələsinin matçlarını niderlandlı, çexiyalı, türkiyəli, estoniyalı, ispaniyalı, bolqarıstanlı, yunanıstanlı, italiyalı, belçikalı, norveçli və kiprli referilər idarə edəcəklər.
Çexiyanın Hradec Kralove şəhərində təşkil olunacaq yarışda Bolqarıstan, Xorvatiya, Çexiya, Almaniya, Serbiya, Niderland, Macarıstan, İtaliya, Polşa, Sloveniya, Türkiyə və Finlandiya mübarizə aparacaq.
