Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra türkiyəli mütəxəssis Barış Şimşekin 2 il müddətinə AFFA-nın Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə bağlı qərar qəbul edilib.
