"Mançester Yunayted" Erikseni transfer etdi

18:51 - 15 İyul 2022

İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son mövsümü "Brentford"da keçirən Kristian Erikseni transfer edib. Bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb.

 

Danimarkalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

 

Kristian Eriksen 2021/2022 mövsümünün ikinci yarısını "Brentford"da keçirib. 30 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 11 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti