Azərbaycanı Avropa kubokunda 3 cüdoçu təmsil edəcək

20:26 - 15 İyul 2022

Macarıstanın Paks şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku keçiriləcək.

 

Sportal.az xəbər verir ki, 16-17 iyulda baş tutacaq yarışa dünyanın 34 ölkəsindən 387 idmançı qatılacaq.

 

Azərbaycan yığması bu turnirdə 3 xanım cüdoçu ilə təmsil olunacaq. Cüdoçularımıza məşqçi Vüqar Hüseynov rəhbərlik edəcək.

 

-52 kq. Rita Əliyeva

-57 kq. Lətifə Abbasova

-78 kq. Nərmin Əmirli

 

Azərbaycan idmançıları yarışdan sonra Paksda təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

Xəbər xətti