Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Aris” ilk oyunöncəsi itki ilə üzləşib.
Sportal.az Kiprin “Sportime”a portalına istinadən xəbər verir ki, Limassol təmsilçisinin aparıcı futbolçusu Şavi Babik “Neftçi” önünə çıxmayacaq. Kiprli həmkarlarımız 22 yaşlı qabonlu hücumçudan məsələ haqda fikir də öyrənib:
“Neftçi” oyununa çıxmaq risklidi. Çünki hələ ki, tam bərpa olunmamışam. Bu oyuna çıxası olsam, daha çox müddət meydandan uzaq qala bilərəm”.
