“Spartak”ın yetirməsi olan Turqay Möhbəliyev Rusiyada klubunu dəyişib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu “Rotor”dan ayrılıb. O, ikinci liqada çıxış edən “Legion Dinamo” klubunda çıxış edəcək.
22 yaşlı azərbaycanlı futbolçunun Mahaçqala klubu ilə müqaviləsi 2023-cü ilin iyunun 30-na qədər nəzərdə tutulub.
