Ötən mövsüm Rusiya Premyer Liqasının bombardiri olmuş Hamid Ağalarov yeni mövsümə yeni komandada başlayacaq.
Sportal.az xəbər verir ki, “Sabah”a keçəcəyi iddia edilən forvard “Axmat”la anlaşıb.
Qroznı təmsilçisinin rəsmi saytı Ağalarovun transferini açıqlayıb. O, yeni komandasında 77 nömrəli formanı geyinəcək. Forvard ötən mövsümü "Ufa"da keçirib.
