Kulibali rəsmən "Çelsi"də

11:30 - 16 İyul 2022

İngiltərənin "Çelsi" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi "Napoli"nin mərkəz müdafiəçisi Kalidu Kulibalini transfer edib. Bu barədə "zadəganlar"ın rəsmi saytı məlumat yayıb.

 

"Çelsi" 31 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb.

 

Xalidu Kulibali "Napoli"yə 2014-cü ilin yayında "Genk"dən transfer olunub. Seneqal millisinin üzvü Neapol təmsilçisinin heyətində meydana çıxdığı 317 matçda 14 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti