Azərbaycanlı hakim Konfrans Liqası oyununa təyinat aldı

12:20 - 16 İyul 2022

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

Sportal.az xəbər verir ki, o, Avstriyada "Rapid" (Vyana) və Polşanın "Lexiya" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda baş hakim olacaq. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

İyulun 21-də keçirələcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər xətti