"Qəbələ"nin rəqibi qapıçısını icarəyə verdi

14:40 - 16 İyul 2022

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar"da ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, Macarıstan təmsilçisi qapıçısı Adam Kovatçiki icarəyə verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

31 yaşlı "əlcək sahibi" 2022/2023 mövsümünü icarə əsasında "Qyor" klubunda keçirəcək.

 

Xatırladaq ki, “Qəbələ” ilə “Fehervar” arasında ilk oyun iyulun 21-də, cavab matçı 28-də baş tutacaq. "Qırmızı qaralar" ilk matçı səfərdə keçirəcək

Xəbər xətti