Avropa çempionatı Rusiyadan alınıb Azərbaycana verildi

16:15 - 16 İyul 2022

Bədii gimnastika üzrə Avropa çempionatı 2023-cü ildə Bakıda keçiriləcək.

Sportal.az xəbər verir ki, bu barədə Avropa Gimnastika İttifaqının (UEG) mətbuat xidməti məlumat yayıb. Yarışın ev sahibliyi Rusiyadan alınaraq, Azərbaycana verilib.

Avropa çempionatı 17-23 may tarixlərində Bakıda təşkil olunacaq.

Xəbər xətti