"Qalatasaray" hücumçusunu icarəyə verdi

16:55 - 16 İyul 2022

Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" Mbaye Dianı "Fatih Karagümrük"ə icarəyə verib. Bu barədə yerli mətbuat məlumat yayıb.

 

30 yaşlı forvard "Qalatasaray"ın Avstriya toplanışını tərk edərək, yeni klubu ilə müqavilə imzalamaq üçün İstanbula gedib. Seneqallı hücumçunun maaşının yarısını "cim bom", yarısını isə "Fatih Karagümrük" ödəyəcək.

 

Qeyd edək ki, Mbaye Dian "Qalatasaray"a 2019-cu ilin yanvar ayında "Kasımpaşa"dan transfer olunub. Təcrübəli qolçu son mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti